FİMSA: Əvvəlki 5 illə müqayisədə bu gün sığorta yığımları və ödənişləri 50 faiz artıb

FİMSA: Əvvəlki 5 illə müqayisədə bu gün sığorta yığımları və ödənişləri 50 faiz artıb Azərbaycanda ötən illə müqayisədə sığorta ödənişlərində azalma var. Bu da obyektiv səbəblərdən, həyat sığortası ilə bağlıdır. Amma əvvəlki 5 illə müqayisədə bu gün sığorta yığımları və ödənişlərində 50 faiz artım müşahidə olunur.
Maliyyə
28 İyun , 2019 13:07
FİMSA: Əvvəlki  5 illə müqayisədə bu gün sığorta yığımları və ödənişləri 50 faiz artıb

"Azərbaycanda ötən illə müqayisədə sığorta ödənişlərində azalma var. Bu da obyektiv səbəblərdən, həyat sığortası ilə bağlıdır. Amma əvvəlki 5 illə müqayisədə bu gün sığorta yığımları və ödənişlərində 50 faiz artım müşahidə olunur".

"Report" xəbər verir ki, bunu “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Beynəlxalq Sığorta Forumunda çıxış edərkən Maliyyə Bazalarına Nəzarət Palatasının (FİMSA) Sığorta Fəaliyyətinə nəzarət departamentinin rəisi Firdovsi Ağaşirinov deyib.

F.Ağaşirinovun sözlərinə görə, bu rəqəm 240 milyon manatlıq fərq deməkdir.

"Hazırda sığorta yığımlarının payı qeyri-neft ÜDM-də 1,6 faizə catıb ki, bu da kifayət qədər artım tempi deməkdir. ÜDM-də isə bu göstərici 0,91 faizə çatıb. Hazırda 1 vətəndaşa düşən sığorta haqqı 73 manat təşkil edir. Müqayisə üçün qeyd edək ki bu rəqəm 2015-ci ildə 46 manat təşkil edirdi", - departament rəisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi