​"Sığorta fəaliyyəti haqqında" qanuna dəyişikliklər qüvvəyə minib

​"Sığorta fəaliyyəti haqqında" qanuna dəyişikliklər qüvvəyə minib Bu, dövlət başçısının müvafiq fərmanı ilə qüvvəyə minmiş qanuna əlavə və dəyişikliklərdən sonra mümkün olub
Maliyyə
2 İyun , 2016 10:41
​Sığorta fəaliyyəti haqqında qanuna dəyişikliklər qüvvəyə minib

Bakı. 2 iyun. REPORT.AZ/ Bundan sonra Azərbaycanın sığorta şirkətlərində Direktorlar Şurası və İdarə Heyəti üzvlərinin vəzifəyə seçilməsi və vəzifədən azad edilməsi, başqa sığortaçının səhmlərinin alınması, törəmə cəmiyyətlərin təsis edilməsi məsələləri ilə bağlı qərarlar qəbul edilərkən səhmdarların səsvermədə iştirakı və qərar qəbul edilməsi qaydasının Mülki Məcəllədə nəzərdə tutulan halları nəzərə alınacaq. "Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə qüvvəyə minmiş "Sığorta fəaliyyəti haqqında" qanuna edilmiş əlavə və dəyişikliklərdən sonra mümkün olub.

Yenilənmiş qanuna əsasən, sözügedən qərarlar sığortaçının səhmdarlarının ümumi yığıncağının iclaslarında səhmdarların səsvermədə iştirakı və qərar qəbul edilməsi ilə bağlı Mülki Məcəllədə nəzərdə tutulan qaydadan başqa, iclasda təmsil edilən səhmdarların 2/3 səs çoxluğu ilə qəbul ediləcək.

Bundan başqa, qanuna edilmiş əlavəyə görə, aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri sığortaçının aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil etdiyi halda, həmin əqdin bağlanması barədə sığortaçı tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilən qərarı olduqda, aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri sığortaçının aktivlərinin 5%-dək hissəsini təşkil etdiyi halda, həmin əqdin bağlanması barədə qərarın qəbul edilməsi səlahiyyətinin sığortaçının nizamnaməsi ilə səhmdarların ümumi yığıncağına və ya İdarə Heyətinə həvalə edildiyi hallar istisna olmaqla, Direktorlar Şurasının qərarı olduqda, eləcə də Direktorlar Şurası və İdarə Heyətinin üzvləri, habelə sığortaçının struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Mülki Məcəllədə göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Mülki Məcəllədə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi