Sığorta agentlərinə ödənilən komisyon haqlarının azaldılması yenidən gündəmdə

Sığorta agentlərinə ödənilən komisyon haqlarının azaldılması yenidən gündəmdə “Hazırda Azərbaycandakı sığorta şirkətlərinin əksəriyyəti zərərlilik səviyyəsini azaltmaq üçün sığorta agentlərinə ödənilən komisyon haqlarının vahid formada və qanuna uyğun olmasında maraqlıdırlar. Bu sahədə vəziyyət nəzarət orqanının, “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin və sığorta şirkətlərinin səyləri nəticəsində 2020-ci ildə daha da təkmilləşdiriləcək”.
Maliyyə
28 Fevral , 2020 18:00
Sığorta agentlərinə ödənilən komisyon haqlarının azaldılması yenidən gündəmdə
google.az

“Hazırda Azərbaycandakı sığorta şirkətlərinin əksəriyyəti zərərlilik səviyyəsini azaltmaq üçün sığorta agentlərinə ödənilən komisyon haqlarının vahid formada və qanuna uyğun olmasında maraqlıdırlar. Bu sahədə vəziyyət nəzarət orqanının, “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin və sığorta şirkətlərinin səyləri nəticəsində 2020-ci ildə daha da təkmilləşdiriləcək”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Fuad İsmayılov deyib.

“Ötən ilin sonuna yaxın ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) qarşıya qoyduği əsas məqsədlərdən biri agentlərin haqqının qanunvericilikdə olan normalara endirilməsi idi. Bu iş hazırda Azərbaycan Mərkəzi Bankı (AMB) və ASA üçün də prioritet məsələdir, sığorta şirkətlərinə, o cümlədən bizə sərf edir.

İcbari sığorta bazarında uzun müddət fəaliyyət göstərən şirkətlər tədricən başa düşdülər ki, sığorta agentlərinə normadan artıq ödənişlən komisyon haqları zərərliliyə təsir edən əsas amillərdəndir. Son illər ölkədə icbari sığorta tarifləri dəyişməyib, amma ehtiyat hissələrinin qiyməti, işçilərin əməkhaqları artıb. Odur ki, agentlərə ödənişlərdə dempinq zərərliyi ən çox artıran məqamlardan biridir”, - o qeyd edib.

Sədr müavini əlavə edib ki, “Atəşgah Sığorta” belə hallarla mübarizəyə qoşulan ilk təşkilatlardan olub: “Bazarın aparıcı sığorta şirkətləri yığışıb qərara aldılar ki, bununla mübarizə aparılsın. Amma bu, istənilən effekti vermirdi. İlk vaxtlar problemi agentlərin nəzarətsiz qalması ilə əsaslandırsalar da, zərərliliyin kəskin artması sığortaçıları bu istiqamətdə daha ciddi addımlar atmağa məcbur etdi. Bir sıra sığorta şirkətləri yüksək komisyon haqları hesabına böyük bazar payına sahib olsalar da, həmin müqavilələr üzrə tənzimləməyə kifayət qədər hazır olmadılar və hamını yüksək bonus ödənişinin zərərliliyin artmasında nə dərəcədə rol oynaması barədə düşünməyə vadar etdi. Maliyyə vəziyyətinin sabit olmasını, gəlirliliyini düşünən bütün sığorta şirkətləri bu işdə maraqlıdırlar. ASA da bu məsələni nəzarət saxlamaq üçün sığortaçılarla birgə fəaliyyət göstərir.

Nəzarət funksiyası AMB-yə həvalə edildikdən sonra, sığorta bazarındakı problemlərin araşdırılması və aradan qaldırılması, sığorta bazarının inkişaf etdirilməsi üçün tədbirlər planının hazırlanıb həyata keçirilməsi və bu işə bazar iştirakçılarının cəlb edilməsi təqdirəlayiqdir və real nəticələrin olacağına əminlik yaradır”. 

Son xəbərlər

Orphus sistemi