Yuxarı

​Sığortaçılar üçün imtahan keçiriləcək

Test imtahanı dekabrın 12-14-də keçiriləcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Dekabrın 12-14-də sığorta şırkətlərində rəhbər işçi vəzifələrinə namizədlər üçün Bakıda növbəti test imtahanı keçiriləcək. Bu barədə "Report"a Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən (MN DSXN) məlumat verilib.

Məlumata görə, test imtahanları “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun keçiriləcək.

İmtahan üçün sənədləri DSNX-yə tam olaraq təqdim olunmuş şəxslər dekabrın 10-u saat 17:00-dək Dövlət Sığorta Nəzarəti Xidmətinə v.mirzeyev@maliyye.gov.az elektron poçtla əlaqə saxlayaraq adı, soyadı, atasının adı, vasitəçilik fəaliyyətnin növü və ya şəxsin təyin olunmalı olduğu vəzifənin və cəmiyyətin adı tam göstərilməklə imtahanda iştirak edəcəklərini təsdiq etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi