Yuxarı
    Bağlamaq

    Səudiyyə Ərəbistanında benzinin qiyməti 2 dəfədən çox qalxıb

    Həmçinin dünəndən ölkədə ƏDV tətbiq edilməyə başlayıb

    Bakı. 2 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanında benzinin qiyməti qalxıb. 

    "Report" "Reuters"ə istinadən xəbər verir ki, qiymətlərin artırılmasına səbəb kimi enerji istifadəsinin effektivliyini artırmaq və ölkədə açıqlanan nəhəng islahatlar paketi üçün mənbə yaratmaq göstərilib.

    Qeyd edək ki, Səudiyyə Ərəbistanında 91 oktan benzin 0,75 rialdan 82% artımla 1,37 riala (0,62 manat), 95 oktan benzinin qiyməti 0,9 rialdan 126% artımla 2,04 riala ( 0,92 manata) yüksəlib. Dizelin qiymətində isə dəyişiklik olmayıb.

    Benzin qiymətlərinin artmasıyla yanaşı ölkədə yanvar ayının 1-dən etibarən əlavə dəyər vergisi (ƏDV) də tətbiq olunmağa başlayıb. Artıq səhiyyə, təhsil, bank, əmlak, nəqliyyat, elektrik, su, telekommunikasiya və sığorta kimi bir çox sahədə 5%-lik ƏDV tətlbiq olunur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi