Səttar Mehbaliyev: “Yardım göstərməkdə çətinlik çəkirik”

Səttar Mehbaliyev: “Yardım göstərməkdə çətinlik çəkirik” Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) 400-500 min ərizə daxil olur
Maliyyə
7 Aprel , 2017 16:45
Səttar Mehbaliyev: “Yardım göstərməkdə çətinlik çəkirik”

Bakı. 7 aprel. REPORT.AZ/ Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) 400-500 min ərizə daxil olur. Bunların əksəriyyəti yardımla bağlıdır.

“Report”un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında AHİK-in sədri Səttar Mehbaliyev deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun vəsaiti vergidən azad edilsə də, kiməsə yardım göstərmək üçün pulun mütləq bank hesabına köçürülməsi tələbi çətinlik yaradır: “Bu formada kiməsə yardım göstərməkdə çətinlik çəkirik. Əvvəl ərizə yazırdılar, pulu birbaşa onun ünvanına göndərirdik. Amma indi o ərizəçiyə məktub yazmalıyam ki, mənə bank kartının nömrəsini göndərsin. Bu da vaxt aparır və düzgün deyil”. 

Son xəbərlər

Orphus sistemi