Şəkər çuğundurunun emalçılarına subsidiya verilməsi qaydası təsdiqlənib

Şəkər çuğundurunun emalçılarına subsidiya verilməsi qaydası təsdiqlənib Maliyyə Nazirliyinə bu qərarın icrası ilə bağlı tələb olunan maliyyə vəsaitinin ayrılmasını təmin etmək tapşırılıb
Maliyyə
5 Avqust , 2017 05:38
Şəkər çuğundurunun emalçılarına subsidiya verilməsi qaydası təsdiqlənib

Bakı. 5 avqust. REPORT.AZ/ “Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası” təsdiq edilib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Artur Rasizadə imzalayıb.

Nazirlər Kabinetinin qərarına əsasən, “Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası” təsdiq olunub. Maliyyə Nazirliyinə bu qərarın icrası ilə bağlı tələb olunan maliyyə vəsaitinin ayrılmasını müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi