Yuxarı

"Seedstars World" müsabiqəsində Azərbaycanı təmsil edəcək startap bəlli olub

3-cü yerə isə bulud texnologiyaları üzərində qurulmuş multi-platformalı data sinxronizasiyası xidməti Bethclip layiq görülüb

Bakı. 14 avqust. REPORT.AZ/ Ötən həftə Bakıda "Azercell"in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə azərbaycanlı startaplar arasında keçirilən "Seedstars World" müsabiqəsində Azərbaycanı təmsil edəcək startapın adı bəlli olub. Bu barədə "Report"a "Azercell"in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu ümumdünya yarışmasında ölkəmizi təmsil etmək və 500 min ABŞ dolları məbləğində sərmayə kapitalı uğrunda mübarizə aparmaq şansını Piriyev Aero adlı startap qazanıb. 12 yerli startap arasında qalib seçilən Piriyev Aero 2016-ci ilin fevral ayında İsveçrədə keçiriləcək "Seedstars World" müsabiqəsinə qatılacaq.

Qalib müsabiqəyə "Dronee" layihəsi ilə qatılıb. Bu layihə özündə "hardware" platforması daşıyan və özəlləşdirilə bilən təyyarə tipli drondur. Developerlər drona uyğun hardware (daşınan çoxsahəli kamera, hava sensoru, termal kamera, 4G modem və s.) və əlavələr seçib, ona kodlarını yazıb öz məqsədləri üçün istifadə edə bilərlər.

Müsabiqədə ikinci yerə xatırlama xüsusiyyəti ilə tapşırıq göndərən "Flapus" mobil əlavəsi, 3-cü yerə isə bulud texnologiyaları üzərində qurulmuş multi-platformalı data sinxronizasiyası xidməti "Bethclip" layiq görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi