"​Saxo Bank": Qızıl ilin sonuna kimi 5-10% bahalaşa bilər

"​Saxo Bank": Qızıl ilin sonuna kimi 5-10% bahalaşa bilər Ole Hansen: "Bazarda risklərin kəskin artımı yenidən qızılı təhlükəsiz yığım aləti edib"
Maliyyə
21 Yanvar , 2015 15:08
​Saxo Bank: Qızıl ilin sonuna kimi 5-10% bahalaşa bilər

Bakı. 21 yanvar. REPORT.AZ/ Beynəlxalq gümüş və qızıl bazarlarında əsas diqqət dolların bahalaşmasının mənfi təsirindən ABŞ-da 2015-ci ildə faiz dərəcələrinin gözlənilən artımına keçib. Bunu "Report"a açıqlamasında "Saxo Bank"ın ticarət strategiyasının rəhbəri Ole Hansen dünya bazarında qiymətli metalların qiymət artımına təsir edən əsas amilləri şərh edərkən deyib.

"Son bir neçə ay ərzində enerji daşıyıcılarının qiymətinin sürətli azalması cari vəziyyəti dəyişdirib. Bununla yanaşı, fond bazarında istiqrazların mənfi gəlirliyi deflyasiyadan daha təhlükəli olub. Bazardakı risklərin kəskin artımasının da buna əlavə edilməsi yenidən qızılı təhlükəsiz yığım aləti edib", - ekspert qeyd edib.

Onun sözlərinə görə, "Saxo Bank" 2015-ci ildə qızıl bazarının inkişafına konstruktiv yanaşmasını saxlayıb: "Buna baxmayaraq, etiraf edirik ki, hazırkı dəyişkənlik proqnozlaşdırdığımızdan daha tez baş verib. İsveçrədə baş verənlər fonunda hadisə ilə bağlı risklərin artdığını müşahidə edirik, hansı ki, bu il öz rolunu oynaya bilər və nəticədə Federal Ehtiyat Sisteminin faiz dərəcələri ilə bağlı qərarından asılı olmayaraq tələbi canlandırmağa kömək edəcək. Bu ilin yanvarın əvvəlinə 1 unsiyası 1 200 dollar olan qızılın qiyməti ilin sonuna qədər 5-10% arta bilər".

Bankın nümayəndəsi qeyd edib ki, bazarda qiymətli metalların təchizatının çoxalması qızılın qiymətinə elə də ciddi təsir etmir.

"İnvestisiya və fiziki tələb əsas amillərdir və təchizatı stabil edir, böyük qeyri-müəyyənlik isə tələblə bağlıdır. Hec-fondlar, eləcə də investorlar ticarət birjalarında məhsulların ekspozisiya müddətini artırıblar ki, bu da cari qiymət artımını stimullaşdıran vacib amildir", - ekspert vurğulayıb.

Son xəbərlər

Orphus sistemi