​"Saxo Bank": Çin iqtisadiyyatı tələb modelinə keçməlidir

​"Saxo Bank": Çin iqtisadiyyatı tələb modelinə keçməlidir Çin fond bazarındakı neqativ dinamika iqtisadiyyatdakı qlobal problemlərlə əsaslandırılır
Maliyyə
9 İyul , 2015 16:15
​Saxo Bank: Çin iqtisadiyyatı tələb modelinə keçməlidir

Bakı. 9 iyul. REPORT.AZ/ Çin fond birjalarının 3 həftə ərzində 33% azalması Yunanıstan böhranını unudub iqtisadi və maliyyə çevrələrinin gözünü Çinə çevirib. Son iki ildə təxminən 3 dəfə artan Çin fond birjalarındakı səhmlər indi 80 mln. yatırımçının zərər etməsinə səbəb olub.

"Report"un verdiyi xəbərə görə, iqtisadçılar bu hadisəni Çin iqtisadiyyatındakı qlobal problemlərlə izah edirlər.

"Saxo Bank"ın birja məhsulları şöbəsinin müdiri və strateji eksoerti Ole Slot Hansen bildirib ki, Çin iqtisadiyyatı investisiyalar hesabına inkişaf modelindən vaz keçərək Qərbin dəstəklədiyi tələb iqtisadiyyatına keçməlidir. İnvestisiyalar üzrə gəlirlilik Çində günü-gündən aşağı düşdüyündən özəl sektor daha çox borc almağa məcbur olur. Bu da son nəticədə fundamental iqtisadi problemlərin yaranmasına gətirib çixarır.

O.Hansenin fikrincə, Çin iqtisadiyyatının "soyuması" əmtəə bazarlarına da ciddi təsir edir. Belə ki, "Bloomberg" əmtəə indeksi son 3 gündə 4,2% azalıb.

Son xəbərlər

Orphus sistemi