"Saxo Bank" bitkoinin 100 min dollara kimi bahalaşacağını bildirib

"Saxo Bank" bitkoinin 100 min dollara kimi bahalaşacağını bildirib Bitkoin ABŞ valyuta bazarının 10%-ni ələ keçirəcək
Maliyyə
1 İyun , 2017 11:56
Saxo Bank bitkoinin 100 min dollara kimi bahalaşacağını bildirib

Bakı. 1 iyun. REPORT.AZ/ Bitkoinin məzənnəsi 10 ildən sonra 100 min ABŞ dollarına çata bilər. "Report" xəbər verir ki, bu proqnozu Danimarkanın "Saxo Bank" investisiya bankının analitiki Kay van Petersen (Kay van Petersen) CNBC telekanalına bildirib.

Analitikin fikrincə, kriptovalyuta əməliyyatları ABŞ valyuta bazarının orta gündəlik ticarət həcminin 10%-nə çatacaq: "Bitkoinin bazar kapitallaşması isə 1,75 trln. dollara yüksələ bilər. Kripto valyutanın yayılması ödəniş sistemlərinin və köçürmələrin təkmilləşməsi nəticəsində inkişaf edəcək". 

Xatırladaq ki, 2016-cı ilin dekabr ayında hesabat dərc edən Kay van Petersen bitkoinin 2017-ci ildə 2 000 dollara yüksələcəyini bildirib. Hazırda isə bitkoinin qiyməti 2 400 dollar təşkil edir.

Son xəbərlər

Orphus sistemi