Samir Şərifov: "Mərkəzi Bank manatın kəskin devalvasiyasının qarşısını almaq iqtidarındadır"

Samir Şərifov: "Mərkəzi Bank manatın kəskin devalvasiyasının qarşısını almaq iqtidarındadır" "Gələcəkdə manatın məzənnəsi bazarda baş verən hadisələrdən asılı olaraq dəyişəcək"
Maliyyə
3 May , 2015 13:00
Samir Şərifov: Mərkəzi Bank manatın kəskin devalvasiyasının qarşısını almaq iqtidarındadır

Bakı. 3 May. REPORT.AZ/ "Azərbaycan Mərkəzi Bankı kəskin devalvasiyanın baş verməsinin qarşısını almaq iqtidarındadır". "Report" xəbər verir ki, bunu Asiya İnkişaf Bankının 48 illik yubileyinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərin suallarını cavablandıran S.Şərifov deyib.

Nazirin sözlərinə görə, gələcəkdə manatın məzənnəsi “bazarda baş verən hadisələrdən” asılı olaraq dəyişəcək və bu "normal bir haldır".

Bununla yanaşı, S. Şərifov qeyd edib ki, bazar iqtisadiyyatının bütün qanunları Azərbaycanda özünü biruzə verir.

"Azərbaycanın milli valyutası olan manatın məzənnəsində də biz bunu müşahidə edirik. Manatın məzənnəsinin möhkəmlənməsi şübhəsiz ki, Azərbaycana xarici valyutanın daxil olması ilə əlaqədardır. Valyuta daxil olmalarının azalması manatın ucuzlaşmasına səbəb olacaq və əksinə. Bu bazar iqtisadiyyatının qaydalarıdır. Normaldır", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, əvvəlki illərdə Azərbaycan höküməti manatın məzənnəsinin ifrat dərəcədə yüksəlməsinin qarşını alırdı: "Bunun üçün xüsusi mexanizm olan Dövlət Neft Fondu yaradıldı və valyutanın böyük bir qismi həmin fonda yönəldilirdi. Beləliklə, Azərbaycanda makroiqtisadi vəziyyəti mənfi təsirlərə məruz qalmasının qarşısı alınırdı”. 

Son xəbərlər

Orphus sistemi