Samir Şərifov: “Azərbaycanda xarici borclanmaya kəskin ehtiyac duyulmur"

Samir Şərifov: “Azərbaycanda xarici borclanmaya kəskin ehtiyac duyulmur" Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri deyib
Maliyyə
3 May , 2015 13:10
Samir Şərifov: “Azərbaycanda xarici borclanmaya kəskin ehtiyac duyulmur

Bakı. 3 May. REPORT.AZ/ “Azərbaycan heç bir zaman ticarət yönümlü xarici borclanmaya getməyib. Ölkəmiz bu gün buna kəskin ehtiyac duymur”. Bunu jurnalistlərə açıqlamasında Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, şübhəsiz ki, bəzi ölkələr gəlirləri azaldıqda müvəqqəti addım kimi, və yaxud müvəqqəti iqtisadi siyasət tədbiri kimi borclanmaya gedə bilər, o cümlədən xarici borclanmaya.

"Ancaq mən hesab edirəm ki, bu, Azərbaycan üçün o qədər vacib deyil. Keçən il bizim dövlətimiz ilk dəfə olaraq beynəlxalq bazarlarda xarici valyutada ifadə olunmuş öz dövlət istiqrazlarını yerləşdirib. Əvvəllər isə Azərbaycan bütün borclanmaları konkret layihələrlə bağlı olub. Yəni, bunlar konkret olaraq fiziki və sosial infrastrukturun maliyyələşdirilməsi ilə bağlı olub. Azərbaycan heç bir zaman ticarət yönümlü xarici borclanmaya getməyib. Ona görə də bu gün də buna kəskin ehtiyac duyulmur”, - deyə maliyyə naziri bildirib.

S. Şərifov qeyd edib ki, ölkə prezidentinin göstərişləri uyğun olaraq Azərbaycanın xarici borcları nəzarətdə saxlanılır və borclanmanın artması məqsədəuyğun sayılmır.

Son xəbərlər

Orphus sistemi