Samir Şərifov: "Azərbaycan Beynəlxalq Bankının səhmlərində marağı olan şirkətlər var"

Samir Şərifov: "Azərbaycan Beynəlxalq Bankının səhmlərində marağı olan şirkətlər var" Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməsində marağı olan şirkətlər var.
Maliyyə
7 Sentyabr , 2018 11:48
Samir Şərifov: Azərbaycan Beynəlxalq Bankının səhmlərində marağı olan şirkətlər var
Maliyyə naziri Samir Şərifov / Report

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməsində marağı olan şirkətlər var". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. 

"ABB-nin özəlləşdirilməsi ilə bağlı ilk növbədə məsləhətçi cəlb olunmalı, bankın biznes strategiyası hazırlanmalıdır. Yəni bu proseslər hələ də gedir. Potensial investorlar ABB-nin aktivlərini əldə etməzdən əvvəl onun bazardakı roluna, yerinə, xüsusi çəkisinə, biznes modelinə diqqət yetirəcək və bütün bunların əsasında yekun qərar qəbul edəcəklər",- nazir əlavə edib. 

O həmçinin deyib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da ABB-yə maraq göstərməkdə davam edir: "Düşünürəm ki, onlar fikirlərini dəyişməyiblər. Amma EBRD rəsmiləri də ilkin şərt kimi bankın yeni biznes modelinin hazırlanması fikrini səsləndirirlər".

Son xəbərlər

Orphus sistemi