Şahmar Mövsümov Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşüb

Şahmar Mövsümov Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşüb Görüşdə hökumətin həyata keçirdiyi islahatlar, məzənnə siyasəti müzakirə olunub
Maliyyə
20 May , 2016 19:00
Şahmar Mövsümov Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşüb

Bakı. 20 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti arasında görüş keçirilib.

Fonddan "Report"a verilən məlumata görə, görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, fiskal siyasət, maliyyə və bank sektorlarındakı yeniliklər, ARDNF-in 2016-cı il üzrə fəaliyyətinin nəticələri, Hökumət tərəfindən həyata keçirilən islahatlar, məzənnə siyasəti, Azərbaycan ilə BVF arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb. 

Son xəbərlər

Orphus sistemi