Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilib

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilib "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklər də müzakirə olunaraq təsdiq edilib
Maliyyə
4 Mart , 2016 16:57
Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilib

Bakı.4 mart. REPORT.AZ/ "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.

"Report"un verdiyi xəbərə görə, əsas dəyişiklik yoxlayıcı orqanlarla bağlı olub. Belə ki, artıq yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidir.

İclasda həmçinin "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklər də müzakirə olunaraq təsdiq edilib.  

Son xəbərlər

Orphus sistemi