Yuxarı

​Sahibkarlığa Kömək Milli Fondu “Bank of Azerbaijan”ı məhkəməyə verib

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianın təmin tədbiri barədə ərizəni təmin etməyib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

“Report”un məlumatına görə, SKMF kredit, faiz və cərimə borclarının ödənilməsi barədə tələb irləli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianın təmin tədbiri barədə ərizəni təmin etməyib.

Qərarla razılaşmayan Sahibkarlığa Kömək Milli Fondu apellyasiya şikayəti verib. İddiaya Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi