​Sahibkarlığa Kömək Milli Fondu “Bank of Azerbaijan”ı məhkəməyə verib

​Sahibkarlığa Kömək Milli Fondu “Bank of Azerbaijan”ı məhkəməyə verib 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianın təmin tədbiri barədə ərizəni təmin etməyib
Maliyyə
24 Oktyabr , 2015 17:53
​Sahibkarlığa Kömək Milli Fondu “Bank of Azerbaijan”ı məhkəməyə verib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

“Report”un məlumatına görə, SKMF kredit, faiz və cərimə borclarının ödənilməsi barədə tələb irləli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianın təmin tədbiri barədə ərizəni təmin etməyib.

Qərarla razılaşmayan Sahibkarlığa Kömək Milli Fondu apellyasiya şikayəti verib. İddiaya Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Son xəbərlər

Orphus sistemi