Sabah dolların rəsmi məzənnəsi bir qədər də düşə bilər

Sabah dolların rəsmi məzənnəsi bir qədər də düşə bilər Dollar həddindən artıq sürətlə ucuzlaşır
Maliyyə
8 Fevral , 2017 17:49
Sabah dolların rəsmi məzənnəsi bir qədər də düşə bilər

Bakı. 8 fevral. REPORT.AZ/ Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərracında ABŞ dollarının rəsmi məzənnəsinin bir qədər də azalacağı gözlənilir. "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün, fevralın 8-də banklararası valyuta bazarında ümumilikdə təxminən 2,6 mln. dollar həcmində vəsaitin satıldığı, məzənnənin isə 1,7350 AZN/USD səviyyəsinə yaxın olduğu bildirilir. Lakin, bu, sabaha olan rəsmi məzənnədə öz əksini tapmayıb.

Qeyd edək ki, dünən, fevralın 7-də keçirilən valyuta hərracında dolların rəsmi məzənnəsi 2,76% azalaraq 1,8252 AZN/USD-yə düşüb. "Report"un analitik qrupu bu gün məzənnənin aşağı düşməsinin rəsmi məzənnədə öz əksini tapmamasının səbəbi kimi dolların son günlərdə sürətlə ucuzlaşmasını göstərir.

Son xəbərlər

Orphus sistemi