Sabah bankların ekspert qruplarının görüşü keçiriləcək

Sabah bankların ekspert qruplarının görüşü keçiriləcək Görüşdə bankların valyuta mövqeyinin 3%-ə endirilməsi ilə bağlı təklif müzakirə olunacaq
Maliyyə
2 Mart , 2017 16:47
Sabah bankların ekspert qruplarının görüşü keçiriləcək

Bakı. 2 mart.REPORT.AZ/ Sabah Bakıda Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının ekspert qrupları səviyyəsində görüşü keçiriləcək. "Report" xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

S.Nuriyevin sözlərinə görə, görüşün əsas məqsədi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bankların valyuta mövqeyinin 3%-ə endirilməsi ilə bağlı təklifinin müzakirəsi olacaq.

ABA rəhbəri qeyd edib ki, bu təklif təmsil etdiyi qurum tərəfindən ayrı-ayrı banklara göndərilib: "Nəzarət orqanları cari vəziyyətə nəzarət üçün düzgün bildikləri qərarları verir. Təbii ki, bu zaman bankların fikirləri də soruşulur. Biz bu həftə ərzində banklardan fikirlərini yığıb, ABA adından məsələni Palata ilə müzakirə edəcəyik".

Son xəbərlər

Orphus sistemi