Bakı. 6 mart. REPORT.AZ/ Rusiyanın rəsmi qızıl-valyuta ehtiyatları son bir ayda 16 mlrd. dollar azalıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının materiallarında bildirilir.
Məlumata əsasən, bu ilin fevralın əvvəlinə ölkənin beynəlxalq valyuta ehtiyatları 376,2 mlrd. dollar olub. Bu il martın 1-də isə həmin göstərici 360,2 mlrd. dollaradək azalıb.
Ötən il dekabrın 23-də Rusiyanın qızıl ehtiyatı 19 ton artaraq 1 187,5 ton olub ki, bu da son 20 ilin ən yüksək göstəricisi sayılır.