"S&P": Türkiyə ən həssas 5 iqtisadiyyatdan biridir

"S&P": Türkiyə ən həssas 5 iqtisadiyyatdan biridir Türkiyə bundan əvvəlki hesabatda da həssas iqtisadiyyat kimi yer alan yeganə ölkə olub
Maliyyə
7 Noyabr , 2017 12:30
S&P: Türkiyə ən həssas 5 iqtisadiyyatdan biridir

Bakı. 7 noyabr. REPORT.AZ/ "S&P" Beynəlxalq Reytinq Agentliyi Türkiyəni 5 ən həssas iqtisadiyyata malik olan ölkələr siyahısında olduğunu açıqlayıb. 

"Report" xəbər verir ki, bu barədə agentliyin yaydığı hesabatda qeyd olunub.

Sənədə əsasən, Türkiyə yeganə ölkədir ki, bundan əvvəl hazırlanan hesabatda da yer alıb. İqtisadiyyatı həssas olan digər ölkələr isə Pakistan, Argentina, Qətər və Misirdir. Hesabatda həmçinin Türkiyə ən həssas iqtisadiyyata malik olan TOP-5 ölkələrdən biri kimi qeyd olunub.

Xatırladaq ki, son iki ay ərzində Türkiyədə ABŞ dollarının məzənnəsi 15% yüksələrək 3,89 lirəyə çatıb. Hazırda isə dolların məzənnəsi 3,85 lirəyə bərabərdir. Türkiyənin etalon kimi qəbul edilən 2 illik dövlət istiqrazlarının faiz dərəcəsi isə 2008-ci ilin maliyyə böhranından sonra ən yüksək həddə çataraq 13,5% təşkil edib.

Son xəbərlər

Orphus sistemi