Rusiyanın valyuta ehtiyatları azalıb

Rusiyanın valyuta ehtiyatları azalıb Bakı. 5 oktyabr. REPORT.AZ/ Rusiyanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 459,163 mlrd. ABŞ dolları təşkil edib.
Maliyyə
5 Oktyabr , 2018 17:55
Rusiyanın valyuta ehtiyatları azalıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Rusiyanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 459,163 mlrd. ABŞ dolları təşkil edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1,452 mlrd. dollar və yaxud 0,3% azdır.

Valyuta ehtiyatlarına Rusiya Bankının (Mərkəzi Bank) sərəncamında olan yüksək likvidli aktivlər daxildir.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Rusiyadan kapital axını illik müqayisədə 2,8 dəfə artaraq 26,5 mlrd. dollara çatıb. Rusiya Bankı bu ilin sonuna qədər sözügedən göstəricinin 55 mlrd. dollar təşkil edəcəyini proqnozlaşdırır. 

Son xəbərlər

Orphus sistemi