Yuxarı

İlin sonunadək Azərbaycanın ödəniş kartları bazarında “Mir” kartlarının qəbulu başlaya bilər

Rusiyanın “Mir” kartlarının qəbulu başlaya bilər

Azərbaycanın ödəniş kartları bazarında 2019-cu ilin sonunadək Rusiyanın “Mir” kartlarının qəbuluna başlanıla bilər.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Milli Ödəniş Kartları Sisteminin sədri Vladimir Komlev “Ödəniş sektoru: təcrübə və dəyişmə” XIII beynəlxalq konfransında bildirib.

Adıçəkilən ödəniş kartının MDB ölkələrində, habelə rusiyalı turistlərin daha çox yollandıqları ölkələrdə qəbul olunması istiqamətində məqsədyönlü səylər göstərdiklərini qeyd edən V.Komlev vurğulayıb ki, planımızda 2019-cu ilin sonunadək “Mir” kartlarının qəbul olunduğu ölkələrin sayını 7-dən 12-dək artırmaq var: "Yeni ölkələr arasında təbii ki, Azərbaycan, Özbəkistan, Tacikistan və Bolqarıstan olmalıdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi