Rusiyanın maliyyə bazarına yeni alət çıxarılıb

Rusiyanın maliyyə bazarına yeni alət çıxarılıb Bakı. 23 yanvar. REPORT.AZ/ Rusiyanın “MSP Bank”ı Moskva birjasında kiçik və orta sahibkarlıq subyektlərinə verdiyi kredit portfeli ilə təmin olunmuş xüsusi istiqarazlar yerləşdirib.
Maliyyə
23 Yanvar , 2019 12:47
Rusiyanın maliyyə bazarına yeni alət çıxarılıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Rusiyanın “MSP Bank”ı Moskva birjasında kiçik və orta sahibkarlıq subyektlərinə verdiyi kredit portfeli ilə təmin olunmuş xüsusi istiqarazlar yerləşdirib. 

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, qiymətli kağızlar buraxmaqla müəyyən aktivlərin maliyyələşdirilməsi mexanizmi sayılır və ölkədə ilk təcrübədir. 

“Bank olaraq biznesin maliyyələşdirilməsi üçün fond bazarından vəsait əldə etmək məqsədi ilə yeni imkanlar yaratdıq. Bu yolla azı 10 mlrd. rubl vəsait edəcəyimizi planlaşdırırıq”,-  "MSP Bank" bəyan edib. 

Hələlik isə Bankın dövriyyəyə buraxdığı istiqrazların ümumi dəyəri 7 mlrd. rubl, onların illik faiz dərəcəsi isə 9,1%-dir. Qiymətli kağızlar  Dünya Bankının məsləhəti ilə satışa çıxarılıb. 

Son xəbərlər

Orphus sistemi