Yuxarı

Rusiyanın imkanlı şəxsləri vəsaitlərini banklardan çıxarıb

Rusiyada əmanətlərin 1,4 mln. rubl olan hissəsi sığortalanır

Bakı. 29 avqust. REPORT.AZ/ Bank əmanətləri üzrə faizlərin azalması və bankların lisenziyasının geri alınması fonunda imkanlı rusiyalıların vəsaitlərini banklardan çıxararaq "aktivlərin menecmenti" ilə məşğul olan şirkətlərə yönəltmələrinə səbəb olub. 

"Report" RBK agentliyinə istinadən xəbər verir ki, son bir ildə menecment şirkətlərinə vəsait axını 60% artıb. Belə ki, 2015-ci ilin iyun ayından etibarən fərdi menecment şirkətlərində hesab açdıran müştərilərin sayı 82% artaraq 25 700 nəfərə çatıb. Son bir ildə 12 000 insan bu şür şirkətlərlə əməkdaşlığa başlayıb. 

"Ekpert RA"(RAEX) şirkəti tərəfindən hazırlanan hesabata əsasən, insanların bu dərəcədə axını hətta böhrandan öncəki illərdə müçahidə edilməyib.

RBK-a açıqlama verən "Alfa-Kapital"ın baş direktoru İrina Krivoşeeva, müştərilərinin sayının 2,7 dəfə artdığını qeyd edib. 

RAEX-ə görə, 2016-cı il iyulun 1-nə iri 15 fərdi menecment şirkətində 231,52 mlrd. rubl və ya 3,56 mlrd. ABŞ dolları vəsait toplanıb ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 58,6% çoxdur. Ümumiyyətlə isə menecment şirkətlərində olan vəsait 2016-cı ilin ilk yarısının yekunlarına görə, ilk yarımildə 2% artaraq 5,3 trln. rubl və ya 81,5 mlrd. ABŞ dolları təşkil edib. Aktivlərin artmasına əsas səbəb özəl və dövlət pensiya fondlarının keçid kampaniyası təşkil edib.

RAEX-ın icraçı direktoru Pavel Mitrofanov menecment şirkətlərindəkim vəsaitin artmasını 2015-ci ildə xarici valyutada əmanət faizlərinin 4-5%-dən hazırda 1,25-1,5%-ə enməsi ilə əsaslandırıb. O, müştərilərin əsasən "konservativ" maliyyə alətlərindən sayılan avrobondlara investisiya etdiklərini qeyd edib. RAEX imkanli vətəndaşların banklardan vəsaitlərini çıxarması prosesində 2015-ci ildə rekord sayda-93 kommersiya bankının lisenziyasının geri alınması amilinin də böyük rol oynadığını bildirib. 

Xatırladaq ki, bu il avqustun 1-dək Rusiyada 56 kommersiya bankı lisenziyasını itirib. Rusiyada əmanətlərin 1,4 mln. rubl və ya 21 500 ABŞ dolların ayaxın hissəsi dövlət tərəfindən sığortalanır və  bu da imkanlı vətəndaşların vəsaitlərini banklardan çıxarmasına səbəb olan digər amildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi