Rusiyanın əsas banklarında rubl əmanətlərinin gəlirliyi tarixi minimumu yeniləyib

Rusiyanın əsas banklarında rubl əmanətlərinin gəlirliyi tarixi minimumu yeniləyib Maksimal orta faiz dərəcəsi avqustun III dekadasında 7,338% təşkil edib
Maliyyə
4 Sentyabr , 2017 18:02
Rusiyanın əsas banklarında rubl əmanətlərinin gəlirliyi tarixi minimumu yeniləyib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Rusiyanın Top-10 bankında fiziki şəxslərin rublda əmanətləri üzrə maksimal orta faiz dərəcəsi avqustun III dekadasında 7,338% təşkil edib. Bu, Rusiya Mərkəzi Bankının indiyədək (2009-cu ilin ortasından indiyədək) qeydə aldığı ən aşağı göstəricidir.

“Report”un Rusiya KİV-inə istinadən verdiyi xəbərə görə, bununla faiz bundan əvvəl iyulun I dekadasında qeydə alınan (7,363%) tarixi minimumdan da 0,025 faiz bəndi də aşağı düşüb. Avqustun III dekadasında II dekadası ilə müqayisədə maksimal faiz 0,2 faiz bəndi azalıb.

Qeyd edək ki, Top-10 bankda rubl əmanətləri üzrə maksimal faiz 15,635% olmaqla 2014-cü ilin dekabrında qeydə alınıb.

Bankların Top 10-luğuna “Sberbank”, VTB 24”, “VTB Bank Moskva”, “Rayffayzenbank”, “Qazprombank”, “Binbank”,”Alfa-Bank”, “FK Otkttie”, “Promsvyazbank” və “Rosselxobank” daxildir. 

Son xəbərlər

Orphus sistemi