​Rusiyanın büdcə kəsiri proqnozları ötüb

​Rusiyanın büdcə kəsiri proqnozları ötüb Büdcə kəsiri 22,5 mlırd. ABŞ dolları təşkil edib
Maliyyə
14 İyun , 2016 17:25
​Rusiyanın büdcə kəsiri proqnozları ötüb

Bakı. 14 iyun. REPORT.AZ/ Rusiyanın büdcə kəsiri yanvar-may aylarında ÜDM-nin 4,6%-i və ya 1,486 trln. rubl (22,5 mlrd. ABŞ dolları) təşkil edib və büdcə layihəsində nəzərdə tutulan 3,7%-dən artıq olub. "Report" xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin rəsmi saytında məlumat verilib.

May ayında Rusiya büdcəsinin kəsiri ÜDM-nin 5,5%-ə və ya 350,4 mlrd.rubl (5,3 mlrd. ABŞ dolları) bərabər olub. Xatırladaq ki, aprel ayında büdcə kəsiri ÜDM-nin 7,3%-ə və ya 497,1 mlrd. rubl (7,5 mlrd. ABŞ dolları) təşkil edib.

Hesabat dövründə büdcənin gəlirləri 4,644 trln. rubl (70,4 mlrd. ABŞ dolları) təşkil edərək 2016-cı il büdcə gəlirlərinin 33,8%-ə bərabər olub.

Büdcənin xərcləri isə 6,13 trln. rubl (9,3 mlrd. ABŞ dolları) təşkil edib və 2016-cı il büdcə xərclərinin 38,1%-ə bərabər olub. Xatırladaq ki, ilkin büdcə layihəsində yanvar-may ayı büdcə kəsiri ÜDM-nin 3,7%-ə və ya 1,219 trln. rubl (18,5 mlrd. ABŞ dolları) nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi