Rusiyanın beynəlxalq ehtiyatları 0,8 mlrd. dollar artıb

Rusiyanın beynəlxalq ehtiyatları 0,8 mlrd. dollar artıb Bu bööhrandakı minimal həddən 16% çoxdur
Maliyyə
8 İyun , 2017 19:12
Rusiyanın beynəlxalq ehtiyatları 0,8 mlrd. dollar artıb

Bakı. 8 iyun. REPORT.AZ/ Rusiyanın qızıl-valyuta ehtiyatları 26 may-2 iyun hesabat həftəsində 800 mln. ABŞ dolları və ya 0,2% artaraq 406,9 mlrd. dollara çatıb. 

"Report"un "Rambler News Service"ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Rusiya Bankı (Mərkəzi Bank) tərəfindən yayılıb. Ehtiyatlarda artımın valyuta svopları və rezident banklar tərəfindən xarici valyutada alınan likvidlik dəstəyinin geri ödənməsi səbəbindıən yarandığı bildirilib. 

Qeyd edək ki, son maliyyə böhranında Rusiyanın beynəlxalq ehtiyatları 2015-ci il aprelin 30-da minimal səviyyə - 350,5 mlrd. dollara kimi geriləyib. Hazırda ehtiyatlar bu səviyyədən cəmisi 16,1% çoxdur.

Son xəbərlər

Orphus sistemi