Rusiyalı ekspert: "Rubl etibarsız valyutadır"

Rusiyalı ekspert: "Rubl etibarsız valyutadır" Mixail Krutixin: "Rusiya iqtisadiyyatının vəziyyətinə görə rubl ciddi şəkildə möhkəmlənməyəcək"
Maliyyə
17 Dekabr , 2014 17:47
Rusiyalı ekspert: Rubl etibarsız valyutadır

Bakı. 17 dekabr. REPORT.AZ/ "2015-ci ildə rublun məzənnəsi müntəzəm şəkildə devalvasiya olunacaq, arabir artım müşahidə olunacaq". Bu barədə "Report"a rusiyalı analitik, "RusEnergy" konsaltinq agentliyinin tərəfdaşı Mixail Krutixin rublun məzənnəsinin dollara nisbətdə düşməsini şərh edərkən bildirib. 

"Hesab edirəm ki, rubl etibarsız və səbatsız valyutadır. Rusiya iqtisadiyyatının vəziyyətinə görə rubl ciddi şəkildə möhkəmlənməyəcək", - M.Krutixin qeyd edib. 

Rublun düşməsinin Rusiyaya postsovet məkanından gələn miqrantların gəlirlərinə təsiri haqqında sualı şərh edərkən analitik qeyd edib ki, rublun məzənnəsinin düşməsi onların gəlirlərində də əks olunacaq: "Qazandıqları rubla valyuta alaraq vətənlərinə göndərirdilər. İndi onların qazancları iki dəfə aşağı olacaq". 

Son xəbərlər

Orphus sistemi