​Rusiyalı deputatlar 446 mln. rublluq sığorta təminatı əldə edəcək

​Rusiyalı deputatlar 446 mln. rublluq sığorta təminatı əldə edəcək Dövlət Dumasının üzvlərinin həyat və sağlamlığının sığortalanması ilə bağlı keçirilmiş tenderin nəticələri məlum olub
Maliyyə
14 İyul , 2016 20:09
​Rusiyalı deputatlar 446 mln. rublluq sığorta təminatı əldə edəcək

Bakı. 14 iyul. REPORT.AZ/ Rusiya Dövlət Dumasının üzvlərinin 2017-ci ildə həyat və sağlamlığının sığortalanması ilə bağlı keçirilmiş tenderin nəticələri məlum olub. 

"Report"un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, rusiyalı deputatlara "Verna" sığorta cəmiyyəti xidmət göstərəcək.

Şirkət parlamentin 450 üzvünü sığorta edəcək. Bunlardan 1-i Dövlət Dumasının spikeridir. O, 6,8 mln. rubl (təxminən 165 000 manat) məbləğində sığorta təminatı əldə edəcək. Qalan 449 deputatın hər birinin həyat və sağlamlığı isə 978 min rubl (təxminən 24 000 manat) olaraq qiymətləndirilib. Ümumilikdə rusiyalı deputatların sığorta təminatı təqribən 446 mln. rubl (11 mln. manata yaxın) təşkil edəcək.

Xatırladaq ki, 2012-ci ildə deputatlar sığorta edilərkən onların 1 il müddətinə həyat və sağlamlığı 386 000 rubl (təxminən 94 min manat) qiymət qoyulmuşdu. Başqa sözlə, son 5 ildə parlament üzvlərinin qiyməti 2,47 dəfə artıb. 

Son xəbərlər

Orphus sistemi