Yuxarı

Rusiyadakı Azərbaycan miqrantları vətənə transfertləri 65% artırıb

MDB ölkələri arasında Azərbaycan 5-ci sıradadır

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu ilin II rübündə Rusiyada çalışan əmək miqrantları tərəfindən Azərbaycana həyata keçirilən pul transfertlərinin həcmi 203 mln. ABŞ dolları təşkil edib. Bu, I rüblə müqayisədə 80 mln. dollar və ya 65% çoxdur.

"Report" Rusiya Mərkəzi Bankına (Rusiya Bankı) istinadən xəbər verir ki, MDB ölkələri arasında miqrantların öz vətənlərinə göndərdikləri vəsaitin həcminə görə Azərbaycan 2016-cı ilin II rübündə 5-ci sırada qərarlaşıb. İlk sırada 696 mln. dollarla Özbəkistan, daha sonra 495 mln. dollarla Tacikistan, 487 mln. dollarla Qırğızıstan, 270 mln. dolalrla Ukrayna yer alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi