​Rusiyada sərvətlərin 85%-i milyarderlərə məxsusdur

​Rusiyada sərvətlərin 85%-i milyarderlərə məxsusdur Türkiyə bu siyahıda üçüncü, Belçika isə sonuncudur
Maliyyə
17 Oktyabr , 2014 16:38
​Rusiyada sərvətlərin 85%-i milyarderlərə məxsusdur
Bakı. 17 oktyabr. REPORT.AZ/ Rusiyanın dövlət sərvətinin 84,8%-i milyarderlərə məxsusdur. "Report"un məlumatına görə, bu barədə "Credit Suisse" təşkilatının ölkələrin və milyarderlərin sərvətləri haqqında hazırladığı hesabatda deyilir.

Hesabatda sərvətinin 10%-i və daha çox hissəsi milyarderlərə məxsus olan ölkələrin adı açıqlanıb. Siyahıda Rusiya Federasiyası 84,8%-lə birinci yerdədir. Siyahıda ikinci 77,7%-lə Türkiyə, üçüncü isə 77,5%-lə Hon-Konqdur.

Bununla yanaşı bildirilir ki, ABŞ 74,6%-lə 7-ci, Belçika isə 47,2%-lə sonuncu 46-cı pillədədir. Hesabatda həmçinin adları qeyd edilən ölkələrin 2000-2014-cü illərdə mal varlıqlarının varlıların hesabına necə dəyişdiyi də qeyd edilib. Rusiyada bu rəqəm 7,7%, Türkiyədə 11% artdığı halda, ABŞ-da heç bir dəyişiklik olmayıb. Bəzi ölkələrdə isə azalma müşahidə edilir. Belə ki, bu göstəricilər Belçikada 0,3%, Yaponiyada 2,5%, İtaliyada 1,1% azalıb.

Son xəbərlər

Orphus sistemi