Yuxarı

Rusiyada problemli kreditlər ilk dəfə 18%-i keçib

Rusiyada yaşayanların 140 mlrd. dollar krediti var

Bakı. 22 iyun. REPORT.AZ/ Rusiyada problemli kreditlərin xüsusi çəkisi iyun ayının 1-nə ilk dəfə 18%- keçib, ən çox artım göstərən seqment isə ipoteka kreditləri olub. 

"Report" "Birləşmiş kredit byurosu"nun hesabatına istinadən xəbər verir ki, 2016-cı il may ayının yekunlarına görə vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində payı 18,2% təşkil edib. Problemli kreditlərin 2016-cı ildə artım tempi keçən ilin analoji dövrü ilə müqayisədə 8%-ə bərabər olub. İlin əvvəlindən 90 günü keçmiş problemli kreditlər 695 min ədəd və ya 7,2% artaraq 10,2 mln. kreditə çatıb.

İlin əvvəlindən problemli kreditlərin artım tempi keçən ilin analoji dövrü ilə müqayisədə bir qədər azalıb və 10% təşkil edib. Göstərici ümumi kredit portfelinin 13,9%-ni və ya 1,3 trln. rubl (20 mlrd. ABŞ dolları) olub. Keçən ilin analoji dövründə problemli kreditlərin artım tempi isə 17%-ə bərabər olub.

Hesabat dövründə problemli kreditlərdə ən yüksək artım tempi ipoteka seqmentində müşahidə olunub. İlin əvvəlindən vaxtı keçmiş ipoteka kreditləri 22% artaraq 103 min ədəd yüksəlib və məcmu kreditlərin 3,9%-ni təşkil edib. Problemli ipoteka kreditlərinin həcmi hesabat dövründə 17% artaraq 155 mlrd. rubl (2,4 mlrd. dollar) və ya məcmu ipoteka kreditlərinin 4,5%-ə bərabər olub.

Nağd pul kreditləri ilin əvvəlindən 9% artaraq 7,9 mln ədəd və ya məcmu kredit sayının 23,1%-ə çatıb. Nağd problemli pul kreditləri məcmu pul kreditlərinin 19%-i təşkil edib. Hesabat dövründə nağd problemli kreditlərin həcmi 10% artaraq 777 mlrd. rubl (12 mlrd. dollar) olub.

Problemli kredit kartları ilin əvvəlindən 6% artaraq 5,4 mln. ədədə çatıb və məcmu aktiv kredit kartlarının 14,8%-i təşkil edib. Problemli kartların həcmi 1% artaraq 251 mlrd. rubl (3,9 mlrd. dollar) və ya məcmu kredit kartı üzrə borcların 26,4%-ə çatıb.

Bu il iyunun 1-nə rusiyalı borcalanlar 75 mln. ədəd və ya 9,1 trln. rubl (140 mlrd. ABŞ dolları) kreditə sahib olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi