Yuxarı

Rusiyada kriptovalyuta birjaları açılacaq

Rusiyada kriptovalyuta birjaları açılacaq

Bakı. 30 mart. REPORT.AZ/ Rusiyada kriptovalyuta ticarəti meydançalarının yaradılması gözlənilir. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Dövlət Dumasının maliyyə bazarları komitəsinin sədri Anatoliy Aksakov Stolıpin məlumat verib.

"Bəli, kriptovalyuta birjaları yaranacaq. Nəyin bazasında və hansı meydançada olacağını indidən demək çətindir. "Rəqəmsal maliyyə aktivləri haqqında" qanun layihəsində meyarlar müəyyən ediləcək, sonra isə bu meyarlar əsasında birjalar yaranacaq", - o qeyd edib.

Xatırladaq ki, bu ayın əvvəllərində Rusiyanın maliyyə nazirinin müavini Aleksey Moiseyev təmsil etdiyi qurumun kriptovalyuta birjalarının yaradılması barədə normaları "Rəqəmsal maliyyə aktivləri haqqında" qanun layihəsinə daxil etdiyini bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi