Yuxarı

​Rusiyada dolların məzənnəsi təxminən 6 aylıq maksimuma çatıb

Analitiklər rublun məzənnəsinin azalmasını neftin ucuzlaşması ilə əlaqələndirirlər

Bakı. 6 avqust. REPORT.AZ/ Rusiyada ABŞ dollarının birja məzənnəsi fevralın 24-dən sonra ilk dəfə 64 RUB/USD həddini üstələyib, avronun məzənnəsi isə 70 RUB/EUR-ya yaxınlaşıb.

"Report" xəbər verir ki, analitiklər rublun məzənnəsinin azalmasını dünya bazarında neft ucuzlaşması ilə əlaqələndirirlər.

Qeyd edək ki, neftin sentyabr fyuçersləri üzrə qiyməti 50 dollar/barel həddindən aşağı enib. Hazırda "Brent" markalı neftin qiyməti 49-50 dollar/barel diapazonunda dəyişir.

Xatırladaq ki, "Brent" markalı neft son dəfə 2015-ci il yanvarın 12-də minimal qiymətə - 47,68 dollar/barelə satılıb. Bundan əvvəl isə onun qiyməti 2008-ci ilin qlobal böhranı dövründə, 2008-ci il dekabrın 2-də 36,2 dollar/barel olub. Tədqiqatçılar neftin qiymətinin bu ilin sonuna qədər 36,2 dollar/barel səviyyəsinə düşəcəyini proqnozlaşdırırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi