Yuxarı

Rusiyada bank işçilərinin 35,4 min nəfəri ixtisar edilib

Ötən ilin ikinci yarısı ilə müqayisədə bank sektorunda ixtisarlar 8 dəfə artıb

Bakı. 25 avqust. REPORT.AZ/ Bu ilin ilk yarısında Rusiyada fəaliyyət göstərən banklar 35 391 nəfər, yaxud işçi heyətinin 6,4%-ni ixtisar edib. Bu, ötən ilin ikinci yarımili ilə müqayisədə 8 dəfə çoxdur. İxtisarların 53,6%-i "Home Credit" və "Russkiy Standart" tərəfindən həyata keçirilib. Ümumilikdə isə ixtisarlar 30 bankı əhatə edib.

"Report"un Rusiya KİV-inə istinadən verdiyi xəbərə görə, "Russkiy Standart" cari ilin ilk altı ayı ərzində işçi heyətinin 35,5%-ni və ya 6 039 nəfərini, "Home Credit" isə 41,4%-ni və ya 12 946 nəfərini ixtisar edib.

Universal banklardan ən çox işçi ixtisar edən isə 9,4% və ya 3 080 nəfər olmaqla, "Rosselxozbank" (Russian Agricultural Bank) olub. İşçi heyətində faiz payı üzrə ixtisara görə isə 26,1% və ya 1 763 nəfərlə "Ural Bank for Reconstruction and Development" birinci yeri tutub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi