​Rusiyada Azərbaycan ərazisində də qüvvədə olan sığorta məhsulu hazırlanıb

​Rusiyada Azərbaycan ərazisində də qüvvədə olan sığorta məhsulu hazırlanıb Rusiyanın sığorta şirkəti bazara "Uşaq düşərgəsi" adlı məhsul çıxarıb
Maliyyə
1 İyul , 2016 18:31
​Rusiyada Azərbaycan ərazisində də qüvvədə olan sığorta məhsulu hazırlanıb

Bakı. 1 iyul. REPORT.AZ/ Rusiyanın sığorta şirkətlərindən biri bazara "Uşaq düşərgəsi" adlı məhsul çıxarıb. 

"Report"un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, yeni məhsul adından göründüyü kimi, düşərgəyə gedən uşaqların bədbəxt hadisələrdən sığortalanmasını nəzərdə tutur. Lakin, bu, həm də azyaşlıların xəstələnməsinə qarşı sığorta təminatı verir.

"Uşaq düşərgəsi" polisi 30 gün müddətinə nəzərdə tutulub. Bu məhsulu yaşı 1-dən 18-ə qədər olan uşaqlar üçün almaq olar. Onun sığorta təminatının məbləği 100 min rubl (təqribən 2 400 manat) təşkil edir. Maraqlıdır ki, sığorta məhsulu təkcə Rusiyada deyil, bütün MDB məkanında yerləşən uşaq düşərgələrində baş verəcək xoşagəlməz hallara təminat verir.

"Uşaq düşərgəsi" polisinin qiyməti açıqlanmasa da, onun uşaqların sayından asılı olaraq güzəştli qiymətlə satıldığı bildirilir. Belə ki, əgər sığortalanan uşaqların sayı 5-9 arasında olsa, polisi 10%, 10-20 arasında olsa 25% güzəştlə əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi