Yuxarı
    Bağlamaq

    ​Rusiyada 2 ay ərzində 6% inflyasiya qeydə alınıb

    İlin əvvəlindən qiymətlər 6% artıb

    Bakı. 4 mart. REPORT.AZ/ Rusiyanın Federal Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci il fevralın 25-dən martın 2-dək olan həftə ərzində ölkədə inflyasiya 0,2% təşkil edib.

    "Report" "Retailer.ru"ya istinadən xəbər verir ki, ilin əvvəlindən qiymətlər 6% artıb (2014-cü ilin analoji dövrü ərzində 2,3%).

    Ötən həftə ərzində dondurulmuş balıq, çay və düyü 1,2-1,3%, ət konservləri, makaron məmulatları, vermişel, darı, peçenye, karamel 0,6-1% bahalaşıb. Eyni zamanda donuz və toyuq əti, həmçinin şəkər 0,1-0,2% ucuzlaşıb.

    Meyvə-tərəvəz məhsullarının qiymətlərində azalma orta hesabla 0,3%, eləcə də, pomidorda 4,0%, xiyarda 0,8% təşkil edib. Bununla yanaşı, alma, soğan, kök, kələm 0,2-0,6% bahalaşıb.

    Benzinin qiymətində 0,1% azalma müşahidə olunub, dizel yanacağının qiyməti dəyişməz qalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi