Rusiya vətəndaşları əmanətlərin 78%-ni milli valyutada saxlayır

Rusiya vətəndaşları əmanətlərin 78%-ni milli valyutada saxlayır Azərbaycanda isə yerli valyutada əmanətlər 21,4%-dir
Maliyyə
22 May , 2017 13:40
Rusiya vətəndaşları əmanətlərin 78%-ni milli valyutada saxlayır

Bakı. 22 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Rusiya vətəndaşlarının banklardakı rubl əmanətlərinin xüsusi çəkisi 1,2 faiz bəndi artaraq 77,5% təşkil edib. "Report" "RİA" agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Rusiya Bankının (Mərkəzi Bank) sədr müavini Vasiliy Pozdışev verib.

V.Pozdışev həmçinin bildirib ki, ilin ilk 4 ayı ərzində rubl əmanətləri 1,8% artım göstərib. Valyutada isə əmanətlərinin cəmi 22%-i saxlanılır. Bir il bundan əvvəl isə bu göstərici 26% olub. Həmçinin, hüquqi şəxslərin də depozitlərinin tərkibi artaraq 60%-ə yaxınlaşıb.

Qeyd edək ki, Rusiyada əhalinin faktiki əmanətlərinin həcmi ilk 4 ayda 0,2% artım göstərib.

Azərbaycanda isə bu ilin ilk 3 ayının yekunlarına görə, əhalinin əmanətlərinin yalnız 21,4%-i yerli valyutada, qalan 78,6%-i isə xarici valyutada olub. İlin əvvəlindən isə əhalinin faktiki əmanətlərinin həcmi 537,3 mln. manat və ya 7,2% azalıb.

Son xəbərlər

Orphus sistemi