​Rusiya səhm bazarından kapital axını artıb

​Rusiya səhm bazarından kapital axını artıb Bir həftə ərzində bu göstərici 5 dəfə artıb
Maliyyə
18 May , 2016 19:11
​Rusiya səhm bazarından kapital axını artıb

Bakı. 18 may. REPORT.AZ/ Rusiyanın səhm bazarından xalis kapital axını mayın 5-11-də 137,1 mln. ABŞ dolları təşkil edib. "Report" xəbər verir ki, hesabat dövründən bir əvvəlki həftədə isə bu göstərici 5,4 mln. dollar olub.

"Sberbank İnvestment Research"dan "İnterfax"a verilən məlumata əsasən, Rusiya səhm bazarında ixtisaslaşmış passiv fondları 143,1 mln. dollar kapital axını həyata keçirdiyi halda, aktiv fondlar 6 mln. dollar vəsait cəlb ediblər.

Ümumiyyətlə, inkişaf etməkdə olan ölkələrdən kapital axını mayın 5-11-də 2,1 mlrd. dollar təşkil edib. Bir həftə əvvəl isə bu göstərici 404,4 mln. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi