​Rusiya Özbəkistana 865 mln. dollar məbləğində borcu bağışlayacaq

​Rusiya Özbəkistana 865 mln. dollar məbləğində borcu bağışlayacaq Rusiya hökuməti Dövlət Dumasına RF ilə Özbəkistan arasında müqavilənin ratifikasiya edilməsinə dair qanun layihəsini dəstəkləyib
Maliyyə
22 İyul , 2015 23:31
​Rusiya Özbəkistana 865 mln. dollar məbləğində borcu bağışlayacaq

Bakı. 22 iyul. REPORT.AZ/ Rusiya Federasiyasının hökuməti Dövlət Dumasına Rusiya və Özbəkistan hökumətləri arasında qarşılıqlı maliyyə tələbləri və öhdəliklərinin nizamlanması haqqında müqavilənin ratifikasiyasına dair qanun layihəsinin daxil edilməsi məsələsini dəstəkləyib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, dekabrda Rusiya və Özbəkistan qarşılıqlı maliyyə tələbləri və öhdəliklərin nizamlanması haqqında müqavilə imzalayıb. Müqavilə Rusiya tərəfindən Özbəkistanın 865 mln. dollar həcmində borcunu siləcəyini ehtimal edir. 

Son xəbərlər

Orphus sistemi