​Rusiya Milli Rifah və Ehtiyat fondlarından imtina edə bilər

​Rusiya Milli Rifah və Ehtiyat fondlarından imtina edə bilər Ekspertlər: "Neftin qiyməti 30-70 dollar diapazonunda qalarsa, bu fondlara ehtiyac olmayacaq"
Maliyyə
27 May , 2016 16:39
​Rusiya Milli Rifah və Ehtiyat fondlarından imtina edə bilər

Bakı. 27 may. REPORT.AZ/ Rusiyanın rəsmi ekspertləri dünya bazarında neftin qiyməti 30-70 dollar/barel olacağı təqdirdə, dövlət yığım fondlarına ehtiyacın duyulmadığını açıqlayıblar. Onların fikrincə, özəlləşdirmə gəlirləri ilə büdcə kəsirinin bir hissəsi örtülsə də, qalan vəsait Milli Rifah Fondundan (MRF) ödənilir. 

"Report"un "Kommersant" qəzetinə istinadən verdiyi xəbərə görə, ekspertlər, ümumiyyətlə, MRF və Ehtiyat Fondunun vəsaitlərini pensiya islahatları və ya inkişaf institutlarına ötürərək, ondan imtina etməyi tövsiyə ediblər. Qeyd edək ki, MRF-in 2016-cı il mayın 1-nə aktivləri 73,86 mlrd. dollar təşkil edib. Ehtiyat Fondunun vəsaitləri isə 44,96 mlrd. dollara bərabər olub.

Dünən, mayın 26-da Rusiya hökumətinin 2017-ci il büdcə hazırlıqları iclasında çıxış edən maliyyə naziri Anton Siluanov bidirib ki, büdcə kəsiri ilə bağlı problem yaxın illərdə davam edəcək: "MRF-in aktivləri məhduddur. Buna görə də büdcə kəsirini ÜDM-in 1%-dək endirilməsinə nail olmalıyıq".

Son xəbərlər

Orphus sistemi