Rusiya Mərkəzi Bankının uçot dərəcəsini azaltması proqnozlaşdırılmır

Rusiya Mərkəzi Bankının uçot dərəcəsini azaltması proqnozlaşdırılmır Rubl ucuzlaşsa iş adamlarının investisiya marağı azalar
Maliyyə
17 Mart , 2017 20:51
Rusiya Mərkəzi Bankının uçot dərəcəsini azaltması proqnozlaşdırılmır
Courtesy İmage

Bakı. 17 mart. REPORT.AZ/ Rusiya Bankının (Mərkəzi Bank) martın 24-də keçirəcəyi növbəti iclasında uçot dərəcələrini artırması gözlənilmir. 

"Report" xəbər verir ki, son zamanlar rublun möhkəmlənməsi və maliyyə sabitliyinin əldə olunması fonunda maliyyə bazarları uçot dərəcələrinin mart iclasında azaldılacağını ehtimal edib. Lakin martın 16-da Rusiya prezidentinin açıqlamaları belə bir qərarın olmayacağını göstərib. 

Vladimir Putin Rusiya Sənayeçi və İş adamları İttifaqının iclasında bildirib: "Mən Rusiya Bankının sədri Elvira Nabiullinaya sizinlə müzakirə aparmağı təklif etməyəcəyəm. Onun yerinə sizə cavab verirəm ki, uçot dərəcələrinin vaxtından tez azaldılması arzu edilən olsa da, bu, inflyasiya və milli valyutanın ucuzlaşmasına gətirib çıxara bilər. Rubl ucuzlaşsa sizin investisiya maraqlarınız azalar".

Lakin Rusiyanın bəzi kommersiya bankları gələn həftə keçiriləcək iclasda uçot dərəcələrinin 0,25% endiriləcəyini düşünür. 

Son xəbərlər

Orphus sistemi