Yuxarı
    Bağlamaq

    Rusiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

    Rusiyada inflyasiya gözləntiləri yüksək olmaqda davam edir

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) bu gün, oktyabrın 28-də keçirdiyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyib və 10% səviyyəsində təsdiq edib. 

    "Report"un verdiyi xəbərə görə, Rusiya Bankından verilən açıqlamada qəbul olunan qərarın ölkədəki inflyasiyanın dinamikası və iqtisadi aktivliyi ilə bağlı proqnozlara uyğun olduğu bildirilib. 

    Bankdan qeyd ediblər ki, istehlak qiymətlərinin düşməsində mövsümi amillər önəmli rol oynayıb və inflyasiyanın azalması ilə bağlı gözləntilər dayanıqlı hal almayıb.

    Xatırladaq ki, sentyabr ayında keçirilən iclasında Rusiya Bankı uçot dərəcəsini 0,5 faiz bəndi azaldıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi