Yuxarı

​Rusiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Rusiyada büdcə siyasəti ilə bağlı qeyri-müəyyənliklə bağlı sentyabrda uçot dərəcəsinin azaldılacağı proqnozlaşdırılır

Bakı. 29 iyul. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı (RMB) Direktorlar Şurasının bu gün keçirilmiş iclasında uçot dərəcəsinin 10,5% səviyyəsində saxlanılması barədə qərar qəbul edilib. "Report" xəbər verir ki, bu barədə RMB açıqlama yayıb.

"İnflyasiyanın dinamikası və iqtisadi aktivliyin güclənməsi RMB-nin əsas baza proqnozuna uyğun gəlir. Bununla belə, qiymət artımı gözlənilən səviyyədə deyil. Odur ki, inflyasiya üzrə proqnoza çatmaq məqsədi ilə sərt pul kredit siyasətinin davam etdirilməsinə, uçot dərəcəsinin sabit saxlanılmasına qərar verilib", - deyə RMB bəyan edib.

Qurumun uçot dərəcəsi ilə bağlı növbəti iclası sentyabrın 16-na nəzərdə tutulub. Xatırladaq ki, 2015-ci ilin avqust ayında Rusiyada uçot dərəcəsi 11% olub. RMB-nin ötən ay keçirilmiş iclasında isə sözügedən göstəricinin 0,5% azaldılması barədə qərar qəbul edilib.

İclas ərəfəsində açıqlama verən bir sıra iqtisadçı-ekspertlər də RMB-nin uçot dərəcəsini sabit saxlayacağını proqnozlaşdırırdı. Onların fikrincə, bu qərar valyuta bazarının dinamikasına təsir edə bilər.

Bununla yanaşı, mütəxəssislər Rusiyada büdcə siyasəti ilə bağlı qeyri-müəyyənliyin olduğunu əsas gətirərək sentyabrda uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılacağını proqnozlaşdırırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi