Yuxarı
    Bağlamaq

    Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

    Bu qərar rublun məzənnəsinə ciddi təsir etməyəcək

    Bakı. 28 aprel. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) bu gün, aprelin 28-də keçirdiyi növbəti iclasında uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq 9,25% səviyyəsində təsdiq edib. 

    "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, buna səbəb kimi inflyasiyanın gözləntilərdən daha sürətlə azalması amili olub. Belə ki, Rusiyada martda inflyasiya 4,1% olub. Analitiklərin fikrincə, inflyasiya gözləntilərinin dayanıqlı şəkildə azalması Rusiya Bankının bu il uçot dərəcəsini mərhələli olaraq 8,25%-ə qədər azaltmasına səbəb olacaq.

    "Report"un analitik qrupu uçot dərəcəsinin azaldılmasının rublun məzənnəsinə ciddi təsir etməyəcəyini proqnozlaşdırır. Belə ki, hazırda rubl ABŞ dolları ilə müqayisədə 0,2% ucuzlaşaraq 57 RUB/USD səviyyəsini keçsə də, məzənnədə sabitliyin davam edəcəyi ehtimal olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi