Yuxarı

​Rusiyada daha bir bankın lizensiyası ləğv edilib

Mərkəzi Bankıın qərarı ilə Evrositibankın lizensiyası ləğv olunub

Bakı. 7 iyul. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı Moskvada qeydiyyatdan keçən "Evrositibank"ın lizensiyasını ləğv edib. "Report"un Rusiya Mərkəzi Bankının yaydığı məlumata istinadən verdiyi xəbərə görə, lisenziyanın ləğvi bank tərəfindən qanunlara riayət olunmaması ilə əlaqədardır.

Mərkəzi Bankın məlumatına əsasən, kredit təşkilatı ödəniş qabiliyyətini itirib. İyul ayının əvvəlində bank faktiki olaraq əməliyyatlarını dayandırıb.

Qeyd edək ki, bank cari il yanvarın 1-nə əsasən, aktivlərin həcminə görə Rusiyanın bank sistemində 245-ci yerdə olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi