Rusiya iqtisadiyyatı I rübdə 0,5% artıb

Rusiya iqtisadiyyatı I rübdə 0,5% artıb Bu il ÜDM-in 1-1,5% artacağı gözlənilir
Maliyyə
17 May , 2017 17:57
Rusiya iqtisadiyyatı I rübdə 0,5% artıb

Bakı. 17 may. REPORT.AZ/ Rusiya iqtisadiyyatının həcmi bu ilin ilk rübündə illik müqayisədə 0,5% artım göstərib. 

"Report" "Rambler News Service" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Statis Xidməti məlumat yayıb. Bu göstərici ilkin xarakter daşıyır və dəyişə bilər.

Xatırladaq ki, aprel ayında Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin ilk rübdə ÜDM-in 0,4% artacağını, Rusiya Bankı (Mərkəzi Bank) isə 0,4-0,7% artacağını proqnozlaşdırırdı. Bu ilin yekununda isə Rusiya Bankı ÜDM-də 1-1,5% artım gözləyir. 

Qeyd edək ki, Rusiya iqtisadiyaytı 2016-cı ildə 0,2%, 2015-ci ildə isə 3% zəifləyib.

Son xəbərlər

Orphus sistemi