Rusiya əhalisinin real gəlirləri 1,4% azalıb

Rusiya əhalisinin real gəlirləri 1,4% azalıb Noyabr ayında real gəlirlər 0,3% azalıb
Maliyyə
20 Dekabr , 2017 20:51
Rusiya əhalisinin real gəlirləri 1,4% azalıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiya əhalisinin real gəlirləri yanvar-noyabr aylarında illik müqayisədə 1,4% azalıb. 

"Report" xəbər verir ki, bu barədə məlumatı Rusiya Statistika İdarəsi yayıb.

İdarədən əldə olunan məlumatda bildirilir ki, ilin ilk 10 ayında əhalinin real gəlirlərində azalma 1,3%, ilk 9 ayında isə 1,2% təşkil edib.

Əhalinin real gəlirləri noyabr ayında isə illik müqayisədə 0,3% azalma göstərib. Əhalinin əmək haqları yanvar-noyabr aylarında nominal ifadədə 8%, real olaraq isə 5,4% artaraq 38 720 rubl ( 656 dollar) təşkil edib.

Son xəbərlər

Orphus sistemi